Azadsöz.az xəbər verir ki, Danimarka Ukraynaya altı F-16 qırıcısı təhvil verib və daha 13 təyyarə tədarük etməyi planlaşdırır.
Bunu Danimarkanın Baş naziri Mette Frederiksen deyib.
“F-16 ilə bağlı planlarımız dəyişməyib”, – deyə o, Volodimir Zelenski ilə birgə mətbuat konfransında bildirib.
Danimarkanın Baş naziri Ukraynanın müdafiə sənayesinə 130 milyon avrodan çox yeni hərbi yardım paketinin ayrıldığını da açıqlayıb.