Azadsöz.az xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma Sahəsinin işçi kollektivi tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Heydər Əliyev mərkəzinin kənarlarına dekorativ güllərin və ağacların əkilməsi işlərinə başlanıb.
Əkilməsi nəzərdə tutulan güllərin və ağacların yerləri müəyyənləşdirilib, çalalar qazılıb və digər zəruri hazırlıq görülüb.Daha sonra əkilməsi həyata keçirilib.Yeni əkilən güllər və ağaclar suvarılıb və aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, sözügedən əraziyə 24 ədəd sarmaşıq qızıl gül və 3 ədəd şam ağacı əkilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən ağacəkmə aksiyasının məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verməkdir.