Azadsöz.az xəbər verir ki, 15 noyabr 2024-cü il tarixdə rayon icra hakimiyyətinin təşkilatçılığı ilə vətəndaşların və nəqliyyat vasitələrinin rahat gediş-gəlişinin təmin olunması üçün Göyçay rayonunun Ənvər Məmmədxanlı və Seyid Əzim Şirvani küçəsinə yeni asfalt örtüyünün vurulmasına başlanıb.
İlkin olaraq “ATF” MMC-nin xüsusi texnikaları vasitəsilə küçə boyu köhnə örtüyün qazılaraq çıxarılması işləri aparılıb.Daha sonra yeni asfalt örtüyünün vurulması həyata keçirilib.
Qeyd edək ki, qrafikə uyğun olaraq rayonun ayrı-ayrı ünvanlarında da yolların abadlaşdırılması işləri aparılır.
Səbuhi Eltonlu
Zəka Nağıyev