15 Noyabr 2024 21:52

Heydər Əliyev Mərkəzinin qarşısına əkilən dekorativ gül oğurlandı

Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı Göyçay  rayon icra hakimiyyətinin  tapşırıq və göstərişinə  əsasən, Şəhər Təsərrüfatı Birliyinin Yaşıllaşdırma  Sahəsi  tərəfindən rayonun prospekt və küçələrinə  dekorativ güllərin əkilməsi və  yaşıllıqların  salınması davam  etdirilsədə, rayonumuzun  bəzi  məsuliyyətsiz   sakinləri  tərəfindən  yaşıllıqlar məhv  edilir.

Dəfələrlə  media   və  sosial  şəbəkələr  vasitəsilə   rayonun  yaşıllığına   xələl  gətirən  bu cür vətəndaşlarımızla  bağlı  çağırışlar  etməyimizə baxmayaraq Heydər Əliyev  mərkəzinin  qarşısına əkilən 150 ədəd  viola  dekorativ  gülün bir  ədədi  oğurlanıb.

Qeyd  edək ki, bu  cür analoji  hadisə  bir  neçə dəfə  baş  vermişdir.Artıq  məsələ ilə  bağlı  müvafiq ölçü götürülməsi üçün Göyçay rayon polis şöbəsinə müraciət  olunub və oğurlayan şəxs müəyyən edilərək saxlanılıb.

Rayonda əkilən dekorativ güllərə və  müxtəlif  növ  ağaclara  qənim  kəsilən həmin şəxslərə  bildirmək  istəyirik  ki, ekologiyanı qorumaq üçün hər birimiz ətrafımızdan və öz evimizdən başlamalıyıq.Unutmayın ki, sizin  gördüyünüz  bu iş  sizin  üçün adi  gələ  bilər  amma, rayon üçün  heç də ürək  açan hərəkət  deyil.

Ümid  edirik ki, bu yazımızdan sonra  bəzi məsuliyyətsiz  vətəndaşlarımız  bu cür dırnaqarası  qəhrəmanlıqlarına  son qoyacaqlar.

 

 

İstanbul trv istanbul travestileri