23 Noyabr 2024 11:55

Türk dünyası real güc amilinə çevrilir

Azərbaycan Respublikasının xarici siyasət kursunda türk dövlətləri ilə olan mehriban əlaqələrin və dostluq münasibətlərin inkişafı, Türk dünyasının nüfuzunun beynəlxalq arenada gücləndirilməsi, ölkələrarası münasibətlərin ən yüksək səviyyəyə çatdırılması xüsusi əhəmiyyət kəsb edir. Türkdilli ölkələri birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər bu ölkələrin qarşılıqlı səmərəli əməkdaşlığını şərtləndirən əsas amillərdir. Türk xalqlarının dostluğunun, qardaşlığının möhkəmləndirilməsində Türk Dövlətləri Təşkilatının rolu sözsüz ki, vacib rol oynayır.

3 oktyabr 2009-cu ildə Naxçıvan şəhərində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan arasında imzalanan Naxçıvan müqaviləsi ilə türk dünyasının siyasi gücünə və birlik rəmzinə çevrilmiş təşkilatın təməli məhz bizim ölkədə atılmışdır. 2021-ci ilin noyabrında İstanbulda keçirilən və təşkilatın sonrakı inkişafında mühüm rol oynayan Zirvə görüşündə qurumun adı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasından Türk Dövlətləri Təşkilatına dəyişdirilmişdir. Elə həmin Zirvə görüşündə Prezident İlham Əliyev “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilmişdir. Bu təltif prezident İlham Əliyevin Azərbaycanın Şuraya sədrlik etdiyi 2019-2021-ci illərdə təşkilatın fəaliyyətinin gücləndirilməsinə, təşkilata üzv dövlətlər arasında dostluğun, qardaşlığın daha da möhkəmləndirilməsinə dair gördüyü fəaliyyətlərin layiqli mükafatı idi. Dövlətimizin başçısı türk xalqlarının oxşar milli irsinə, dəyərlərinə, mental xüsusiyyətlərinə, həm də güclü ideoloji-siyasi amil kimi yanaşır. Ona görə də bu gün Azərbaycan türk dövlətlərinin inteqrasiyası prosesinin sadəcə iştirakçısı deyil, həm də ən fəal təşəbbüskarlarındandır.

Cari ilin noyabrın 6-sı tarixində Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən “Türk Dünyasını Gücləndirmək: İqtisadi İnteqrasiya, Davamlı İnkişaf, Rəqəmsal Gələcək və Hamı Üçün Təhlükəsizlik” şüarı altında keçirilən Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə dövlətimizin başçısı çıxışı zamanı mühüm mesajlar verdi. Prezident İlham Əliyev Azərbaycanın Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcəyini bəyan etdi. Eyni zamanda  dövlətimizin başçısı hərbi və təhlükəsizlik sahəsində əməkdaşlığın vacibliyini bir daha vurğuladı.

Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı toxunduğu vacib məqamlardan biri də Ermənistanın 30 il ərzində işğalçılıq siyasətinin nəticələri ilə bağlı idi.

Dövlət başçısı çıxışında Azərbaycanın Türk Dövlətləri Təşkilatı ölkələri ilə təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsindən də bəhs etdi. Eyni zamanda hərbi təlimlərin keçirilməsi və müdafiə sahəsində təhsil imkanlarının artırılması ilə ölkələr arasında dostluq və etimad əlaqələrinin güclənməsini vurğuladı.

Prezident İlham Əliyev çıxışında qardaş türk dövlətlərinin Qarabağın yenidən qurulmasında iştirakı və Böyük Qayıdış Proqramının həyata keçirilməsində bizə dəstəyini xüsusi qeyd etmişdir. Qazaxıstan prezidentinin təşəbbüsü ilə Füzuli şəhərində Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin tikilməsi, Özbəkistan prezidentinin təşəbbüsü ilə Füzuli şəhərində məktəb inşa olunması, Qırğızıstan prezidentinin təşəbbüsü ilə Ağdam rayonunun Xıdırlı kəndində orta məktəb binası inşa edilməsinə başlanması, Macarıstan prezidentinin maliyyə dəstəyi ilə Cəbrayıl rayonunda inşa ediləcək məktəb əsl dostluq nümunələridir. Çünki bu dəstək bizim üçün hər şeydən öncə böyük mənəvi əhəmiyyət daşıyır. Qardaş türk dövlətləri hər zaman Azərbaycanın ərazi bütövlüyünü tanımış, haqq mübarizəmizdə yanımızda olmuş və xalqımızın böyük Zəfərinə bizimlə birgə sevinmişlər. Vətən müharibəsində qazandığımız qələbə təkcə ölkəmizin deyil, bütünlükdə türk dünyasının qələbəsi olmuşdur.

Dövlətimizin başçısı Zirvə görüşü zamanı Azərbaycanın ev sahibliyi edəcəyi COP29 İqlim Konfransı ilə bağlı da geniş məlumat verdi və TDT-na üzv ölkələrin bu tədbirin fəal iştirakçısı olacaqlarına əminliyini bildirdi.

Prezident İlham Əliyevin Bişkekdə TDT-nın Zirvə görüşündə etdiyi çıxış, Azərbaycanın qardaş dövlətlərlə həmrəyliyini, regional əməkdaşlıqda fəal rolunu və türk dövlətlərinin birgə gücünün daha da möhkəmlənməsi məqsədini bir daha nümayiş etdirdi. Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı fəallığı şübhəsiz ki,  bundan sonra da prezident İlham Əliyevin qətiyyətli mövqeyi ilə türk birliyinin daha da gücləndirilməsi istiqamətində əhəmiyyətli yol xəritəsi rolunu oynayacaqdır.

Azadsöz.az

Ankara escort İstanbul Travesti Shemale İstanbul