Azadsöz.az xəbər verir ki, ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 xilasetmə əməliyyatı keçirilib.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si uşaq olmaqla 7 nəfərə müvafiq köməklik göstərilib.