Azadsöz.az xəbər verir ki, bu gün Azərbaycanda kənd təsərrüfatı işçiləri peşə bayramlarını qeyd edir.
Bununla bağlı Prezident İlham Əliyev 9 oktyabr 2008-ci il tarixində sərəncam imzalayıb.
Sərəncama əsasən, noyabrın 1-i Azərbaycanda “Kənd Təsərrüfatı İşçiləri Günü” elan edilib.
Hazırda ölkəmizdə qeyri-neft sektorunun ən aparıcı sahələrindən olan aqrar sahə keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub.
Kənd təsərrüfatına dövlət dəstəyi proqramına start verilməsi, bu yöndə qəbul olunan qərarlar, imzalanmış Fərman və Sərəncamlar, həmçinin fermerlərin texnika, gübrə və damazlıq heyvanla təminatı ilə bağlı dövlət tərəfindən güzəştlərin tətbiq edilməsi, bütövlükdə fermerlər və kəndlilərə hərtərəfli diqqət və qayğının göstərilməsi dövlətin kənd təsərrüfatına, kəndə və kəndliyə münasibətini göstərir, nəticədə iqtisadiyyatın, o cümlədən aqrar sektorun davamlı inkişafına real zəmin yaradır.