07 Oktyabr 2024 20:26

Qazaxda evdən “Kalaşnikov” tapıldı – FOTO

Azadsöz.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun məlumatına görə, Qazax RPŞ-nin keçirdiyi tədbirlərlə odlu silah saxlayan və narkotik vasitələrin dövriyyəsi ilə məşğul olan 44 yaşlı Namiq Abbasov saxlanılıb.

Onun yaşadığı ünvandan marixuana, eləcə də  “Kalaşnikov” avtomatı, daraq və patronlar aşkarlanıb. Saxlanılan şəxs avtomatı bir müddət əvvəl əldə etdiyini və polisə təhvil verməyərək özündə saxladığını bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N. Abbasov barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

 

 

grandpashabet alefbahis istanbul travesti