Azadsöz.az xəbər verir ki, sabah MDB Dövlət Başçıları Şurasının iclasından əvvəl Rusiya prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla ikitərəfli görüşləri olacaq.
Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
Xatırladaq ki, Nikol Paşinyan MDB Dövlət Başçıları Şurasının növbəti iclasında iştirak etmək üçün artıq Moskvaya gedib.