20 Sentyabr 2024 04:53

Şəhid Elnur Məhərrəmovun ikinci ildönümü qeyd olundu-FOTO

Azadsöz.az xəbər verir ki, 2022-ci ilin 12–14 sentyabr tarixlərində Azərbaycan-Ermənistan sərhədində Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhidlik zirvəsinə ucalan şəhid Məhərrəmov Elnur Nərbala oğlunun ikinci ildönümü Göyçay rayonunun Şəkər kəndində məzarı önündə qeyd olundu.

Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri və şəhidlərin ailə üzvləri iştirak edirdilər.

Tədbir iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edib, məzarı üzərinə gül dəstələri düzüblər. Tədbirdə şəhidin keçdiyi döyüş yolundan, qəhrəmanlığından danışılıb.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildiriblər.

Xatırladaq ki, şəhid Elnur Məhərrəmov 18.05.2001-ci il tarixdə Göyçay rayonu Şəkər kəndində anadan olmuşdur. Sentyabrın 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində törədilən genişmiqyaslı təxribatın qarşısı alınarkən şəhidlik zirvəsinə ucalmışdır. 15 sentyabr 2022-ci il tarixdə doğulduğu Şəkər kəndində dəfn olunub.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin  sərəncamı ilə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com