20 Sentyabr 2024 01:37

Göyçayda qəbiristanlıq ərazisində təmizliklə bağlı iməclik keçirildi-FOTO

Azadsöz.az xəbər verir ki, rayon ərazisində məsuliyyətsiz sakinlər tərəfindən küçə və yol kənarlarına məişət tullatılarının atılması nəticəsində zibilliklər yaranır ki, bunun da vaxtlı-vaxtında təmizlənməsi Şəhər Təsərrüfatı Birliyi tərəfindən mümkün deyildir. Bu səbəbdən də Göyçay rayon ərazisində həftəsonları rayonun abadlaşdırılması istiqamətində təmizlik işləri həyata keçirilir.

Sentyabrın 14-də Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsi, rayon ərazisinin təmiz saxlanılması məqsədilə RİH başçısı aparatının əməkdaşları, Şəhər Təsərrüfat Birliyi, şəhər və kənd icra nümayəndələri, bələdiyyələr, sakinlər və digər qurumların iştirakı ilə Göyçay şəhər qəbiristanlığında iməclik təşkil edilib.

Şəhər qəbiristanlığında baş tutan iməclik zamanı yolların kənarlarında olan kol-kos, polietilen tullantıların təmizlənərək götürülməsi  təmin edilbdir.

Bütün bu görülən işlərə baxmayaraq yol kənarlarına yenə də tullantılar atılır, qəbiristanlıqların və yaşayış məntəqələrinin ətrafında kütləvi zibilliklər yaranır. Ona görə də rayonumuzun sakinlərini və qonaqlarını təmizliyə riayət etməyə, ətraf mühiti və təbiətimizi qorumağa çağırırıq.

Təmizliyə riayət etməyən sakinlər barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edilibdir.

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com