19 Sentyabr 2024 20:28

Əməkdar artist vəfat etdi

Azadsöz.az xəbər verir ki, Bakı Bələdiyyə Teatrının veteran aktyoru, Əməkdar artist Rafiq İbrahimov vəfat edib.

Bu barədə teatrın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, R.İbrahimov 2 noyabr 1955-ci ildə anadan olub. 1994-cü ildən Bakı Bələdiyyə Teatrında fəal çalışan Rafiq İbrahimov bir-birindən maraqlı obrazlar yaradıb.

R.İbrahimov eyni zamanda kinoda da bir aktyor kimi müxtəlif səpgili obrazlar yaradıb.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com