23 Noyabr 2024 13:42

Köçəryanın işinə yenidən baxılacaq

Azadsöz.az xəbər verir ki, Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi hakim Anna Danibekyanın Ermənistanın ikinci prezidenti Robert Köçəryanın, KTMT-nin keçmiş baş katibi Yuri Xaçaturovun, keçmiş müdafiə naziri Seyran Ohanyanın və baş nazirin keçmiş müavini Armen Gevorqyanın işinə xitam verilməsi barədə qərarını ləğv edib.

Bu barədə Ermənistan Kassasiya Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.

İş yeni istintaqın aparılması üçün Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinə göndərilib.

Ankara escort İstanbul Travesti Shemale İstanbul