23 Noyabr 2024 12:23

Naxçıvanda 5 sosial xidmət müəssisəsi tikiləcək

Azadsöz.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial xidmət müəssisələri şəbəkəsinin genişləndirilməsi işlərini davam etdirir.

Nazirlikdən verilən xəbərə görə, Naxçıvan Muxtar Respublikasının Şərur, Culfa, Kəngərli, Ordubad və Şahbuz rayonlarında da sosial xidmət müəssisələrinin tikilməsi üçün artıq konsept layihələr hazırlanıb.

Bu layihələr üzrə Şərurda Psixoloji Sosial Xidmət Mərkəzi, Culfada Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Reabilitasiya Mərkəzi tikiləcək.

Kəngərlidə məişət zorakılığı və insan alveri qurbanlarının reabilitasiya yönümlü sosial xidmətlərlə təminatını həyata keçirəcək müəssisə inşa olunacaq. Ordubad və Şahbuzda isə uşaqlar üçün günərzi qayğı mərkəzləri yaradılacaq.

Ankara escort İstanbul Travesti Shemale İstanbul