20 Sentyabr 2024 04:13

“INMerge” Innovasiya Sammitinə 1 ay qaldı!

Azadsöz.az xəbər verir ki, 10-11 oktyabr 2024-cü il tarixlərində PAŞA Holding-in təşkilatçılığı ilə Bakıda baş tutacaq “INMerge” Innovasiya Sammitində müasir texnologiya və biznesin gələcəyini formalaşdıran müxtəlif transformativ sahələr diqqət mərkəzində olacaq.

Belə ki, müzakirə olunacaq mövzular sırasında fintech, telekommunikasiya, e-ticarət, süni intellekt, marketinq, insurtech kimi önəmli və hazırda trend hesab edilən mövzular olacaq. Bundan əlavə, “yeni iqdisadiyyat” vertikalında qabaqcıl texnologiyaların istehsal innovasiyasını necə idarə etdiyi kimi mövzular müzakirə olunacaq.

Sammit zamanı həyata keçiriləcək Startaplar müsabiqəsi 25.000 dollar mükafat fondunda malik olacaq. Bununla yanaşı, startap sahibləri həm investorlar tərəfindən investisiya, həm də PAŞA Holding tərəfindən əlavə 200.000 dollaradək yatırım əldə edə biləcəklər.

Xatırladaq ki, tədbirdə YouTube-un həmtəsisçisi Steve Chen, Amazon-un baş texnologiya direktoru Werner Vogels və Harvard Biznes Məktəbinin professoru Linda Hill kimi tanınmış spikerlər çıxış edəcək.

Əlavə məlumat və biletlərin əldə edilməsi üçün www.inmerge.az saytına daxil olun

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com