Azadsöz.az xəbər verir ki, müəllimlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinə aid Azərbaycan və rus bölməsi üzrə mövzular hazırlanıb.
Müəllimlər miq.edu.az saytına və ya portal.edu.az platformasına daxil olaraq hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.
Xatırladaq ki, müsahibə zamanı müəllimlərin biliyi aşağıdakı meyarlar üzrə qiymətləndiriləcək:
– proqram üzrə mövzunu təqdimetmə bacarığı;
– təhsilalanları qiymətləndirmə bacarığı;
– özünü təqdimetmə bacarığı;
– pedaqoji prosesi təşkiletmə bacarığı;
– ünsiyyət bacarığı.
Qeyd edək ki, sertifikatlaşdırmanın müsahibə mərhələsində müəllimlərin biliyi maksimum 40 balla qiymətləndirilir. Azı 20 bal toplamış təhsilverənlər həmin mərhələdən keçmiş hesab edilirlər.
Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib. 9 sentyabr tarixindən etibarən sertifikatlaşdırma prosesinin müsahibələri təşkil olunacaq.