Azadsöz.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində də Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə növbədənkənar seçkilər keçirilir.
Qarışıq Rejimili Cəzaçəkmə Müəssisəsində Parlament seçkiləri üçün Babək -Şahbuz- Kəngərli 3 saylı seçki dairəsinin 65 saylı seçki məntəqəsi, NMR Ali Məclisinə seçkilər üçün isə 14 saylı Qarabağlar seçki dairəsinin 7 saylı seçki məntəqəsi təşkil edilib.