23 Noyabr 2024 10:59

Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir

Azərbaycanın xarici siyasət kursunda türkdilli ölkələrlə münasibətlər xüsusi yer tutur. Türk Dövlətləri Təşkilatının iki aparıcı dövlətlərindən biri kimi Mərkəzi Asiya ölkələri ilə daha sıx əməkdaşlıq əlaqələri quran Azərbaycanın bu konteksdə Özbəkistanla münasibətləri xüsusi diqqət çəkir. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistanla ölkəmiz arasında əlaqələr son illərdə durmadan inkişaf edir. Etiraf etmək lazımdır ki, Azərbaycan ilə Özbəkistan arasında əlaqələr heç vaxt bugünkü qədər yaxın və arzulanan səviyyədə olmayıb. Hər iki ölkənin dövlət başçılarının xalqlarımızın ruhuna uyğun yürütdükləri uğurlu siyasətin nəticəsi olaraq beynəlxalq məsələlərdə qardaşlıq mövqeyi nümayiş etdirilir.

Ortaq tarixə, mədəni mirasa, eyni etnik kökə, dinə malik olan Azərbaycanla Özbəkistanın dostluq, qardaşlıq münasibətləri xüsusilə dövlət müstəqilliklərini əldə etdikdən sonra daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqilliyin ilk illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. Bu gün həmin münasibətlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Bu mənada Azərbaycan prezidentinin Özbəkistana dövlət səfəri iki ölkə arasında münasibətlərin ən yüksək səviyyədə olduğunun göstəricisidir və səfərin əsas mahiyyətinə strateji tərəfdaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsi və çoxşaxəli əməkdaşlığın genişləndirilməsi məsələləri daxildir.

Cənab prezident İlham Əliyevin avqustun 22-23-də Özbəkistana etdiyi rəsmi dövlət səfəri ölkələrimiz və xalqlarımız arasında yuxarıda qeyd etdiyimiz kimi uzun illərdən bəri formalaşmış dostluq münasibətlərinin səmimiyyət və möhkəmlik göstəricisi kimi qiymətləndirilə bilər. Qeyd olunmalıdır ki, həqiqətən də iki yaxın xalq, iki yaxın ölkə olan Azərbaycanla Özbəkistan arasında olan əlaqələrin bu gün tamamilə yeni mərhələyə, müttəfiqlik səviyyəsinə yüksəlişi bir çox baxımdan bu iki ölkənin dövlət başçılarının şəxsi münasibətləri sayəsində mümkün olub.

Təbii ki, bu münasibətlər həm Özbəkistan, həm də Azərbaycan xalqları tərəfindən təqdir olunur və alqışlanır. Çünki hər iki xalq dövlət başçılarının münasibətlərini, qarşılıqlı səfərlərin müsbət nəticələrini əməli şəkildə görür. Bu məqamlar Azərbaycan və Özbəkistan prezidentlərinin avqustun 23-də Daşkənddə mətbuata bəyanatla etdikləri çıxışlarında da öz əksini tapmışdır.

Eyni soy-kökə, qədim tarixə və ortaq mədəniyyətə söykənən Azərbaycan-Özbəkistan əlaqələri bu gün yeni dövrün reallıqlarına uyğun olaraq sürətlə inkişaf etdirilir. İki ölkə arasında bu vaxtadək imzalanmış 160-dan çox sənəd, o cümlədən strateji tərəfdaşlığın dərinləşdirilməsi və hərtərəfli əməkdaşlığın inkişafına dair Bəyannamə əməkdaşlıq üçün mühüm hüquqi baza yaradıb. Azərbaycanın Özbəkistan, eləcə də digər Mərkəzi Asiya ölkələri ilə gündən-günə daha da möhkəmlənən həm ölkələrimizin və xalqlarımızın, həm də Türk dünyasının inkişafına mühüm töhfələr verməkdədir.

Bir məqamı xüsusi vurğulamalıyıq ki, qardaş Özbəkistan Vətən savaşındakı parlaq qələbəmizə qədərki dönəmdə də hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyib, dəfələrlə beynəlxalq təşkilatlar, ikitərəfli və çoxtərəfli görüşlər çərçivəsində dövlətimizin ərazi bütövlüyü ilə bağlı birmənalı mövqeyini qətiyyətlə ifadə edib. Bütün bunlar bizim üçün çox qiymətlidir. Bizim münasibətlərimizin tarixində unudulmaz hadisələrdir. Qürurvericidir ki, Özbəkistan artıq fəal sürətdə azad Qarabağdakı quruculuq işlərinə fəal dəstəyini nümayiş etdirir. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin bilavasitə təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan dövlətinin vəsaiti hesabına Mirzə Uluqbəyin adını daşıyan böyük məktəb binası inşa olunub.

Cənab prezidentin mətbuata açıqlamasında qeyd olunduğu kimi bu gün iki qardaş xalq, iki müstəqil, güclü, suveren, nüfuzlu dövlətlər artıq rəsmi müttəfiqdirlər. Bu həqiqətən də çox mühüm siyası hadisədir və gələcək illərdə həm ölkələrimiz arasındakı münasibətlərin, həm də bir çox hallarda regional siyasəti də müəyyən edəcəkdir.

Şübhəsiz ki, iki ölkə arasında günü-gündən inkişaf edən münasibətlər Türk dünyasının inkişafına mühüm töhfələr verəcəkdir.

Azadsöz.az

Ankara escort İstanbul Travesti Shemale İstanbul