20 Sentyabr 2024 04:55

Sabirabadda yeniyetmə oğlan 49 yaşlı qadını QƏTLƏ YETİRDİ- YENİLƏNİB

Azadsöz.az xəbər verir ki, avqustun 26-da Sabirabad rayonu ərazisində 1975-ci il təvəllüdlü Rəna İmanovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Sabirabad rayon prokurorluğundan  bildirilib ki, araşdırma zamanı 2007-ci il təvəllüdlü Ramal Qurbanlının tanışı Rəna İmanovaya bıçaqla çoxsaylı xəsarətlər yetirməklə qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.  

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır. Ramal Qurbanlı iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir.

****

16:25

Azadsoz.az xəbər verir ki, avqustun 26-da saat 15 radələrində Sabirabad rayonu ərazisindəki evlərin birində 1975-ci il təvəllüdlü İmanova Rəna Rafiq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Qurbanlı Ramal Raiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə cinayət əməli tamah məqsədi ilə törədilib.

Araşdırma aparılır.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com