“Azadsöz.az” Rusiya mediasına istinadən xəbər verir ki, Rusiyanın Xalq artisti, Nijni Novqorod Gənc Tamaşaçılar Teatrının aktyoru Leonid Remnev tamaşa zamanı dünyasını dəyişib.
“Vassa” tamaşası zamanı aktyorun qəfil halı pisləşib. Təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
78 yaşlı aktyor ömrünün 52 ilini səhnəyə həsr edib. O, karyerası ərzində müasir müəlliflərin rus və xarici klassik repertuardakı pyeslərində 100-dən çox rol oynayıb.