“Azadsöz.az” Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Ərdoğan xalqa müraciəti zamanı Türkiyədə baş verən yanğınların söndürülməsində göstərdiyi köməyə görə Azərbaycanın dövlət başçısına minnətdarlığını bildirib.
“Bir millət, iki dövlət anlayışı ilə hərəkət etdiyimiz can Azərbaycanımızın prezidenti, əziz qardaşım İlham Əliyevə ürəkdən minnətdarlığımı bildirirəm. İlham qardaşım sadəcə zəng etmədi, həm də ölkəmizə “BE-200” tipli amfibiya yanğınsöndürən təyyarəsini göndərməklə yanğınla mübarizəmizə güclü dəstək verir. Çətin günlərimizdə daim dəstək olduğumuz azərbaycanlı qardaşlarımızla bundan sonra da hər sahədə birliyimizi davam etdirəcəyik”, – deyə Ərdoğan vurğulayıb.