23 Noyabr 2024 16:43

Makron Serbiyaya səfər edəcək

Azadsöz.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron avqustun sonunda Serbiyaya səfər etmək və həmkarı Aleksandar Vuçiçlə görüşmək niyyətindədir.

Bu barədə “Reuters” məlumat yayıb. 

Qeyd edilir ki, əsas müzakirə mövzularından biri süni intellektin inkişafı olacaq. Buna səbəb 2025-ci ildə Serbiyanın Süni İntellekt üzrə Qlobal Tərəfdaşlığa sədrlik etməsi, Fransanın isə yuxarıda qeyd olunan mövzu üzrə sammitə ev sahibliyi etməsidir.

Bundan əlavə, Makron və Vuçiç ikitərəfli əməkdaşlıq və iqtisadi əlaqələri gücləndirməyi müzakirə edəcəklər.

Fransa prezidentinin səfəri avqustun 29-30-da baş tutacaq.

Ankara escort İstanbul Travesti Shemale İstanbul