Azadsöz.az xəbər verir ki, 1998-ci il təvəllüdlü İlqar Kamil oğlu Məmmədli yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanalardan birinə gətirilib.