20 Sentyabr 2024 06:57

Füzulidə silsilə oğurluq edən şəxs tutuldu

Azadsöz.az xəbər verir ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində rayon ərazisindəki evlərdən silsilə oğurluqlar edən Ramil Əliyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan  verilən məlumata görə, onun 6 evdən oğurluq etdiyi müəyyən olunub.

Digər əməliyyat zamanı saxlanılan əvvəllər məhkum olunmuş Vasif Əliyevdən isə 1 kiloqram marixuana və 1 ədəd tapança aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, həmin şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com