20 Sentyabr 2024 16:34

Azərbaycan-Qazaxıstan birgə taktiki-xüsusi təlimi keçirilir

Azadsöz.az xəbər verir ki, Azərbaycan və Qazaxıstan respublikalarının Müdafiə nazirlikləri arasında imzalanmış birgə plana əsasən, Qazaxıstan Respublikasının Almatı vilayətinin Jarkent şəhərində yerləşən “Koktal” təlim poliqonunda “Altın Kıran – 2024” (“Qızıl Qartal – 2024”) birgə taktiki-xüsusi təlimi keçirilir.

Bu barədə Azərbaycan MN məlumat yayıb.

Məlumata görə, təlimdə iştirak etmək üçün Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu Qazaxıstana səfər edib. “Altın Kıran – 2024” birgə taktiki-xüsusi təlimi avqustun 24-dək davam edəcək.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com