Azadsöz.az xəbər verir ki, “Phobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus Telegram kanalında bildirib ki, Yer kürəsində güclü maqnit qasırğası başlayıb.
“18 saatdan sonra (17 avqust) geomaqnit sahəsinin indeksi 6 vahidi keçdi ki, bu da G1 sinfinin orta maqnit qasırğasının səviyyəsinə uyğundur”, – Leus yazıb.
mMcür hadisələr peyklərin və elektrik şəbəkələrinin işində fasilələrə səbəb ola bilər.
Avqustun 12-də Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş rentgen astronomiyası laboratoriyası Yerin maqnit sahəsində G3 səviyyəli güclü qasırğanın qeydə alındığını bildirib. Ayın əvvəlində alimlər planet miqyaslı maqnit qasırğasının başlaması, onun səviyyəsinin də G3 səviyyəsinə çatması barədə xəbərdarlıq ediblər.