20 Sentyabr 2024 12:37

Azərbaycan Prezidentinin tapşırığı ilə Türkiyəyə yola salınmış FHN-in təyyarəsi İzmirdə eniş edib

Azadsöz.az xəbər verir ki,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə yola salınmış Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi Türkiyəyə çatıb.

Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, İzmir şəhəri Adnan Menderes Hava Limanında eniş edən təyyarə ən qısa müddətdə yanğınlarla mübarizə əməliyyatına başlayacaq.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com