Azadsöz.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin avqustun 16-sı saat 9:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib.
Xidmətdən verilən məlumata görə, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Ayrı-ayrı yerlərdə intensiv olub.
Düşən yağıntının miqdarı Kürdəmirdə 16 mm, Oğuzda 14 mm, Qobustanda 11 mm, Yevlax, Göyçayda 6 mm, Yardımlı, Cəfəxanda 5 mm, Lerik, Zərdab, Ordubad, Sabirabad, Biləsuvar, Şirvan, Lənkəran, Astara, Qrız, Xaltan, Neftçala, Tərtərdə 4 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 1 mm-dək olub.
Ölkə ərazisində müşahidə olunan yağıntılı hava şəraiti Bakıda və Abşeron yarımadasında avqustun 16-sı axşamadək, bölgələrdə isə 17-si gündüzədək davam edəcək.