Azadsöz.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov 16 avqust 2024-cü il saat 10:00-da Göyçay Suvarma Sistemləri İdarəsinin inzibati binasında Göyçay və Ağdaş rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbulda yalnız Agentliyin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidir.