23 Noyabr 2024 13:06

Çətin də olsa, bu yolu keçməliyik

Azadsöz.az xəbər verir ki, Dekaplinq… İndi Qərb və Şərq siyasi analitiklərinin müzakirələrində, şərhlərində və çıxışlarında ən çox rast gəlinən kəlmə artıq postsovet məkanına, xüsusilə də Cənubi Qafqaza sirayət etməyə başlayıb. İngilis dilindəki “decoupling” kəlməsinin hərfi tərcüməsi “cütün ayrılması”dır və ən geniş müstəvidəki hadisələr – fizikadan tutmuş, iqtisadiyyat və siyasətədək – şamil olunur. Sadə desək, dekaplinq bir-birlərindən çox və ya az asılı olan iki sistemin ayrılması, parçalanmasıdır.

Geniş miqyasda qlobal sivilizasiya prosesləri səviyyəsində dekaplinq birbaşa olaraq qloballaşmaya əks və zidd proses sayılır.

Qloballaşma dünya miqyasında iqtisadi, siyasi və mədəni əlaqələrin dərinləşməsi prosesi olaraq, son onilliklərdə həm inkişaf edib, həm də inkişaf etməkdə olan ölkələrə müxtəlif təsirlər göstərib. Ancaq bu prosesin inkişaf etməkdə olan ölkələr üçün yaratdığı fəsadlar, bəzən qloballaşmanın faydalarını kölgədə qoyur.

Qloballaşma inkişaf etməkdə olan ölkələrin suverenliyinə mənfi təsir göstərir. Beynəlxalq təşkilatların və transmilli korporasiyaların artan təsiri nəticəsində ölkələrin daxili siyasi prosesləri xarici təsirlərə məruz qalır. Məsələn, Dünya Bankı və Beynəlxalq Valyuta Fondu (BVF) kimi beynəlxalq maliyyə institutlar, kredit verilməsi müqabilində ölkələrdən müəyyən siyasi və iqtisadi islahatlar tələb edir. “İslahatlar” bəzən yerli siyasətçilərin və vətəndaşların iradəsinə zidd olaraq həyata keçirilir və nəticədə daxili siyasi münaqişələrə və ictimai narazılığa səbəb olur.

Zimbabve və Yunanıstanın borc böhranları zamanı BVF-nin tələbləri nəticəsində yaranan sosial və siyasi gərginliklər buna bariz nümunədir. Bu kimi hallarda xarici təsirlər ölkənin milli siyasətində qərar qəbul etmə prosesini zəiflədir və onun suverenliyini şübhə altına alır.

Qloballaşma həmçinin geosiyasi proseslərdə də qeyri-bərabər güc dinamikasına səbəb olur. İnkişaf etməkdə olan ölkələr daha böyük və güclü ölkələrin iqtisadi və hərbi təsiri altında qalaraq, öz milli maraqlarını qorumaqda çətinlik çəkirlər. Bu ölkələr beynəlxalq ticarət müqavilələrində və iqlim dəyişikliyi üzrə danışıqlarda daha zəif mövqedə olurlar.

Afrika qitəsində Çin və ABŞ arasında artan nüfuz mübarizəsi buna yaxşı bir nümunədir. Çinin qitədə geniş miqyaslı infrastruktur layihələrinə investisiya qoyması, qısamüddətli iqtisadi faydalar gətirsə də, uzunmüddətli perspektivdə bu ölkələrin iqtisadi və siyasi asılılığını artırır. ABŞ-ın Afrika ilə olan ticari əlaqələrindəki dominantlığı isə həmin ölkələrin yerli sənayelərinə zərər vurur və onların iqtisadi dayanıqlığını zəiflədir.

Qloballaşma inkişaf etməkdə olan ölkələrin iqtisadi strukturlarını köklü şəkildə dəyişdirir. Bir tərəfdən, bu ölkələr qlobal iqtisadiyyata inteqrasiya olunaraq yeni bazarlara çıxış əldə edirlər, lakin digər tərəfdən, qloballaşmanın yaratdığı sərt rəqabət bu ölkələrin yerli sənaye sahələrinə ciddi zərər vurur. Məsələn, Afrika və Asiyanın bir sıra ölkələri qloballaşma nəticəsində inkişaf etmiş ölkələrin daha ucuz və keyfiyyətli məhsulları ilə rəqabət aparmaqda çətinlik çəkirlər. Nəticədə, yerli müəssisələr bağlanır, işsizlik artır və bu da ölkədə sosial gərginliyə səbəb olur.

Hindistanın kənd təsərrüfatı sektoru bu problemin əyani nümunəsidir. 1990-cı illərdə qloballaşma prosesinin sürətlənməsi ilə Hindistan dünya bazarına çıxış əldə etdi, amma bu eyni zamanda yerli kənd təsərrüfatı məhsullarının xarici məhsullarla rəqabət aparmaqda çətinlik çəkməsinə səbəb oldu. Bu, Hindistanda kəndli intiharlarının artmasına və kənd təsərrüfatı sektorunda ciddi problemlərin yaranmasına səbəb oldu.

Qloballaşma sosial və mədəni sahədə də bir sıra mənfi təsirlərə səbəb olur. İnkişaf etməkdə olan ölkələr, qlobal mədəniyyətin təsiri altında öz milli və mədəni kimliklərini itirmə riski ilə üzləşirlər. Proses xüsusilə gənclər arasında Qərb mədəniyyətinin dominantlığına səbəb olur ki, bu da yerli adət-ənənələrin zəifləməsinə və milli dəyərlərin əhəmiyyətinin azalmasına gətirib çıxarır.

Məsələn, qloballaşmanın təsiri altında Latın Amerikasında bir sıra yerli dillərin yox olma təhlükəsi ilə üzləşdiyini görürük. UNESCO-nun məlumatlarına görə, dünyanın bir çox yerində qloballaşma nəticəsində yerli dillər yox olur və onların yerini daha geniş yayılan dillər tutur. Bu da həmin ölkələrin mədəni müxtəlifliyinə ciddi zərər vurur.

Qloballaşma inkişaf etməkdə olan ölkələr üçün həm imkanlar, həm də risklər yaradır. İnkişaf etməkdə olan ölkələrin bu fəsadları minimuma endirmək üçün daha güclü siyasət və strategiyalar inkişaf etdirmələri zəruridir. Yalnız bu halda qloballaşmanın mənfi təsirlərindən qorunaraq, onun müsbət tərəflərindən faydalana bilərlər.

Yəni qısa desək, qloballaşma Şərqin Qərbə, inkişaf etmiş dövlətlərin inkişaf etmiş ölkələrə xidmətini nəzərdə tutur və “Qərblə Şərq cütü” yaradır. Belə birqütblü qloballaşmanın mərkəzi Qərbdir, yerdə qalan bütün ölkələr və xalqlarsa “və sair” qismində aid edilir. Daha dəqiq olsaq, Semüel Hantinqtonun dediyi kimi “The West” və “The Rest”. Belə cütlük “bəşəriyyətin mərkəzində”, yəni Qərbdə yerləşmiş postmodern ilə metrpoliyaların birləşməsini ehtiva edir.

Kaplinqin təzahür formaları göz qabağındadır – Ümümdunya Ticarət Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Valyuta Fondu, Dunya Bankı, Beynəlxalq Cinayət Məhkəməsi, Avropa İnsan Haqları Məhkəməsi və ən nahayət, “dünya hökuməti” olmağa çalışan Davos Forumu.

Belə cütlük mütləq şəkildə ierarxiyanı – aparıcı ilə aparılanı nəzərdə tutur ki, bəhs etdiyimiz sxemdə Qərb “Master”, inkişaf etməkdə olan dövlətlərsə “Slave” sayılırlar.

Məhz bu kaplinq oxu ətrafında bütün dünya siyasəti, iqtisadiyyatı, informasiya, texnologiyalar, mass-media, sənayə, maliyyə, resurslar yığılır. Təbii ki, kaplinq formatında Qərb gələcəyin – “tərəqqi”nin, “inkişaf”ın, “demokratiya”nın, “təkamül”ün, “islahatlar”ın simvoludur və bu səbəbdən yerdə qalan xalqlarla dövlətlərə “inkişafın arxasınca gedən” rolu həvalə olunur.

Qlobalistlərin nəzərində dünya üç zonadan ibarətdir: “Varlı Şimal” (ABŞ, Kanada, Avropa İttifaqı, Avstraliya və Yaponiya), “Yarıməyalət ölkələri” (nisbətən tərəqqi etmiş inkişaf etməkdə olan ölkələr” və “Yoxsul Cənub” (yerdə qalan bütün dövlətlər).

Qloballaşma prosedurları məhz kaplinq vasitəsilə həyata keçirilir, qlobal və regional səviyyələrdə inkişaf etmiş dövlətlərin maraqlarının tam təminatına yönəlir.

İndisə artıq dekaplinq prosesləri başlanıb və həmin hadisələrin mərkəzində inkişaf etməkdə olan dövlətlərin vəhicəsinə istismara, barbarcasına aldadılmağa son qoymaq niyyətləri durur.

Azərbaycan bəhs olunanlara bariz misal sayıla bildər.

Postsovet ölkələri arasında ilk dəfə olaraq məhz Azərbaycan xarici siyasətində birqütblü və ya bipolyar yönlənmə kimi zərərli kursdan imtina edərək çoxqütblü siyasi kursu seçdi. Cənubi Qafqazda yeni geosiyasi reallıqları işğala son qoymaqla, habelə məhz qloballaşma təmayüllərinin liderləri olan təşkilatların Qarabağ münaqişəsi və Azərbaycan ərazilərinin 20 faizinin 30 il işğalda saxlanmasını bitirməklə rəsmi Bakı faktiki, habelə praktiki olaraq həmin qurumların yerinə yetirmədikləri funksiyalarnı gerçəkləşdirdi.

Azərbaycan kaplinq sisteminin nəzərdə tutduğu yarıperiferiya ölkəsi statusundan imtina etdi, təlimatlar və göstərişlərlə davranmaq niyyətində olmadığını bəyan etdi. Bununla da kifayətlənməyərək, «Qlobal Cənub»un onillərdən bəri işlək olmayan strukaturuna çevrilmiş Qoşulmama Hərəkatını «diriltdi», əzilənlərini və istismar olanların etirazlarını ən yüksək səviyyədə səsləndirdi. Ədalət və hüquq arayan yoxsul ölkələr üçün Azərbaycan ümid vasitəsi, güüvənc məkanına çevrildi.

Daha sonra Fransanın bölgəmizdə Ermənistanı tam dəstəkləyərək ermənilərin revanşizminini və şovinizmini aktivləşdirmək cəhdlərinə, erməni ordusunun silahlandırılması prosesinə cavab olaraq Bakı Parisin neokolonialist siyasətinin məngənəsində boğulan xalqlara tam dəstək verdiyini bəyan etdi.

Cürətli, eyni zamanda çox riskli bəyanat idi.

Əhali, iqtisadi və hərbi potensial, qlobal miqyasda siyasi çəki və hadisələrə təsir imkanları baxımından Azərbaycandan dəfələrlə güclü olan, BMT Təhlükəsizlik Şurasının üzvü Fransa müasir tarixində ilk dəfə kiçik ölkənin ədalət, beynəlxalq hüquq və əxlaq uğrunda böyük mübarizə əzmi ilə qarşılaşdı.

Məhz bu səbəbdən Yeni Kaledoniyadan tutmuş, Qəmər adalarınadək neokolonializmə qarşı üsyan edər, ədalət və haqq arayan xalqların aksiyalarında Azərbaycan bayrağı dalğalanır.

Məhz bu səbəbdən həmin xalqlar kaplinq sisteminə qarşı mübarizəyə başladıqlarını anladıqları üçün Azərbaycanın təcrübəsindən yararlanmaq, Bakının yürtüdüyü siyasətin nüanslarını anlamaq və sonra da yerli şəraitə uyğun olaraq tətbiq etmək istəyirlər.

Çünki Azərbaycanın siyasi tam geosiyasi suverenitet, müstəqil xarici siyasət və tarazlaşdırılmış iqtisadi strategiya tərəfdaşlıqla əməkdaşlıq arasındakı fərqləri dəqiq nəzərə alır. Nəticədə böyük güclərin Azərbaycana pressinq tətbiq etmək, təsir göstərmək cəhdləri gözlənilən nəticəni vermir.

ABŞ, Fransa və Avropa İttifaqı anlayır, görür və dərk edirlər ki, Azərbaycan faktiki olaraq bölgədə dekaplinq prosedurlarına start verib. Bu isə Qərbin birqütblü qlobalist planlarına regional səviyyədə də olsa, təhlükədir.

Dekaplinqin növbəti mərhələsi, yəni rəsmi Bakının liderliyi ilə bölgədə aparılan proseslərin yeni erası Qərbin iqtisadiyyatda, siyasətdə, təhsildə, texnologiyalarda, mədəniyyətdə, incəsənətdə, etikada, informasiyada və s. zorla qəbul etdirməyə çalışdığı, tam əksəriyyəti yerli mental kodlara, mədəniyyətə, əxlaqa və yaşam formatına uyğun gəlməyənr konstruksiyaların etirafınıq reallaşmamasıdır.

Dekaplinq sadəcə, mövcud sistemin zəiflədilməsi deyil – hər şey daha geniş miqyaslı və daha dərindir.

Söhbət Qərbin bizə etalon kimi təqdim etdiyi saxta, natamam elementlərin sivilizasiya əsasları və yaşam prinsipləri qismində dərhal, qeyd-şərtsiz qəbulunun rədd edilməsidir.

Bizi kütlə sayaraq obyektiv zərurət kimi təqdim edilən prinsiplər Qərbin təbliğ və təşviq obyekti olan universal inkişaf yolunun fəsadlarını aşkarlayır. Paradoksal vəziyyət yaranır: tarix boyu ifrat solçuluğa, sonra marksizmə qarşı mübarizə apardığını bəyan edən Qərb indi əsol marksist ortodoksallığı ilə inkişaf etməkdə olan dövlətlərdən yararlanmağa çalışır.

Kaplinq qeyd-şərtsiz, kor-koranə şəkildə, məhz Qərbin şərtləri çərçivəsində Qərbə ikinci dərəcəli üzv qisminlə inteqrasiya, Qərbin strukturlarının, dəyərlərinin və texnologiyalarını mütləq həqiqət, universal nümunə sayılaraq həmin sistemdən könüllü asılı duruma düşməkdir.

Dekaplinq isə tam əksinə, bu saxtalıqdan uzaqlaşmaq, xalqın və dövlətin öz gücünə, dəyərlərinə, identikliyinə, ruhuna güüvənməsidir.

Sivilizasiya, onun formasiyaları və inkişaf fazaları yalnız Qərbdən ibarət deyil.

Daha bir paradoksa şahid oluruq: Azərğaycana qarşı təzyiqləri artırdıqca Qərb cəmiyyətimizi gücləndirir, iqtisadiyyatımızı alternativlər və əməkdaşlığın yeni, ən müasir formatlarını arayıb reallaşdırmağa sövq edir.

Və biz tək deyilik.

Dünyanın çoxqütblü arxitekturaasını arzulayan xalqlarla dövlətlər də eyni prosesə başlayıblar.

İndi əsas məsələ məkanların və ya siyasətin yox, şüurların neokolonializmdən qurtulmasıdır.

Xüsusilə də Qərbin özündə ultrasağçı və radikal solçu partiyalar artıq dekaplinq prosedurlarına start veriblər.

Dəyərlərin, ənənələrin, mədəniyyətin, prinsiplərin, adətlərin və dayaqların mühafizəsi asan proses deyil. Qarşıda uzun, çətin, keşməkeşli, mübarizələrlə dolu yol var.

Amma bu yolu keçməliyik və keçəcəyik.

Ankara escort İstanbul Travesti Shemale İstanbul