Azadsöz.az xəbər verir ki, növbədənkənar parlament seçkilərində deputatlığa namizəd olan Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru Heydər Əsədov səlahiyyətlərinin icrasını müvəqqəti dayandırıb.
Rektor öz hesabına məzuniyyətə çıxıb. Onun vəzifəsini akademiyanın Elmi işlər və beynəlxalq əlaqələr üzrə prorektoru Vüqar Sadıqov icra edir.
Qeyd edək ki, H.Əsədov YAP-ın 51 saylı Şirvan seçki dairəsindən namizədidir.