20 Sentyabr 2024 16:35

Seçkiqabağı təşviqat kampaniyasına start verilir

Azadsöz.az xəbər verir ki, bu gündən sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat kampaniyasına start verilir.

Bu barədə “Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nda öz əksini tapıb.

Təqvim planına əsasən, təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış, yəni avqustun 9-dan başlanılacaq və səsvermənin başlanmasına 24 saat qalmış, yəni avqustun 31-i saat 08:00-a kimi davam edəcək.

Seçkiqabağı təşviqatın aparılması qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən həyata keçirilə bilər.

Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com