23 Noyabr 2024 12:32

AYNA azad edilmiş ərazilərdə marşrut xətlərini müsabiqəyə çıxardı

Azadsöz.az xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Laçın, Bakı-Xankəndi-Laçın, Bakı-Cəbrayıl, Bakı-Zəngilan, Bakı-Qubadlı, Sumqayıt-Qubadlı, Mingəçevir-Laçın, Horadiz-Laçın, Xocalı-Şuşa, Xankəndi-Şuşa, Xankəndi-Malıbəyli, Xankəndi-Laçın, Xocalı-Laçın, Naftalan-Suqovuşan şəhərlərarası və Bərdə 4 nömrəli şəhərdaxili avtobus marşrutlarını müsabiqəyə çıxarıb.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

Sənədlər 6 sentyabr 2024-cü il saat 17:00-a qədər AYNA-da (ünvan: Bakı şəhəri, Tarzən Hacı Məmmədov küçəsi 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: 050-855-53-55, e-poçt: elsevar.gadimov@ayna.gov.az) qəbul ediləcək.

Müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır. İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Laçın (Zəfər yolu), Bakı-Xankəndi-Laçın, Bakı-Laçın (Laçın-Həkəri-Zəngilan yolu), Bakı-Cəbrayıl, Bakı-Zəngilan (Ağalı kəndi) istiqamətlərində 5 Lot üzrə sentyabrın 24-də;

Bakı-Qubadlı, Sumqayıt-Qubadlı, Mingəçevir-Laçın və Horadiz-Laçın istiqamətlərində 4 Lot üzrə sentyabrın 27-də;

Xocalı-Şuşa, Xankəndi-Şuşa, Xankəndi-Malıbəyli və Xankəndi-Laçın istiqamətlərində 4 Lot üzrə oktyabrın 1-də;

Bərdə 4 nömrəli şəhərdaxili avtobus marşrutu, eləcə də Xocalı-Laçın və Naftalan-Suqovuşan istiqamətlərində 3 Lot üzrə oktyabrın 4-də baxılacaq.

Lotlar üzrə marşrutların qrafikləri haqqında məlumatı buradan əldə edə bilərsiniz.

Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılmasıdır.

 

Ankara escort İstanbul Travesti Shemale İstanbul