20 Sentyabr 2024 01:53

Şəkidə Heydər Əliyev prospektinə yeni asfalt örtüyü vurulur-FOTO/VİDEO

Azadsöz.az  xəbər  verir  ki, Prezident  İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızın bölgələrində aparılan quruculuq işləri Şəki şəhərindədə uğurla davam etdirilir. Bunu son illər  Şəkidə  regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş çoxsaylı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində geniş miqyas alan abadlıq və quruculuq işlərindən də görmək olur. 

Şəkidə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq müvafiq tədbirlər görülür. Vətəndaşların və nəqliyyat vasitələrinin rahat gediş-gəlişini təmin etmək məqsədilə  Göyçay  rayonu  “ATF”  MMC-i  tərəfindən Şəki  şəhərin   Heydər Əliyev  prospektinə yeni asfalt örtüyünün vurulması işlərinə başlanıb.Prospektə 14 min kv/m  asfalt örtüyü salınır.

Qeyd edək ki, şəhərin  digər küçələrində də yol infrastrukturunun yenidən qurulması işləri aparılır, təmirə ehtiyacı olan küçələrdə və məhəllədaxili yollarda asfaltlanma işləri mərhələli şəkildə davam etdirilir.


Səbuhi  Eltonlu 

Zəka  Nağıyev

 

 

 

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com