Azadsöz.az xəbər verir ki, minimum əməkhaqqının artım faizinin ikirəqəmli olacağı gözlənilir.
Bu barədə sualları cavablayarkən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib.
O qeyd edib ki, hazırlanan təkliflər hökumətdə müzakirə edildikən sonra büdcə paketi çərçivəsində baxılacaq.
Nəzərə alsaq ki, ötən müddətdə inflyasiya səviyyəsi ikirəqəmli olub. Ona görə də bizim gözləntimiz bundan ibarətdir ki, minimum əməkhaqqının ikirəqəmli həddində artırılması ilə bağlı qərarın verilməsi məqsədəuyğundur. Artım faizinin ikirəqəmli olacağı gözlənilir. Bu ilin payızında konkret rəqəmin təqdim edilməsi və rəsmi müzakirəsi mümkün olacaq”, – deyə V.Bayramov bildirib.