Azadsöz.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinə yeni rəis təyin edilib.
Müvafiq əmrə əsasən, bu vəzifəyə Elçin Xasiyev təyin olunub.
Elçin Xasıyev bu təyinata qədər Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi vəzifəsini icra edib.
Qeyd edək ki, Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin keçmiş rəisi Kamran Əliyev idi. K.Əliyev 2024-cü il martın 27-də sözügedən vəzifədən azad edilib.
Xatırladaq ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovdur. Eyni zamanda, Elçin Xasiyev bu təyinatla Ramiz Zeynalovun müavini olub.