21 Noyabr 2024 12:57

Vaqif Poeziya Günləri çərçivəsində “Sözün repressiyası” filmi nümayiş olundu

Azadsöz.az xəbər verir ki, Vaqif Poeziya Günləri çərçivəsində iyulun 19-da Şuşa Hotel-Konqres Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilən “Sözün repressiyası” (2022) sənədli filminin nümayişi olub.

“Bulatfilm Production” şirkətinin istehsalı olan filmin rejissoru Rafiq Həşimov, ssenari müəllifi Səlim Babullaoğlu, operatoru Rüfət Süleymanovdur.

Filmdə repressiya qurbanı olmuş 31 yazıçı, şair və digər ziyalılarımız xatırlanır, bəzilərinin faciəvi həyat tarixçəsi danışılır. Eyni zamanda ekran işində Stalin repressiyalarının retrospektiv planda faciəvi və tarixi fəlsəfəsi də araşdırılır.

Filmdə Xalq yazıçısı Anar, tarixçi, cavidşünas Həmid Cəfərov, akademik Rafael Hüseynov, Siyasi Repressiya Qurbanları Muzeyinin rəisi Mirabbas Məmmədov, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov və filologiya üzrə fəlsəfə doktoru, dosent Firudin Qurbansoyun 1930-cu illərin repressiya dalğası və kommunizmin mürtəce mahiyyəti ilə bağlı fikirləri yer alıb.

İstanbul trv istanbul travestileri