Azadsöz.az xəbər verir ki, sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 26 siyasi partiyadan 25 siyasi partiya müraciət edib.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
O bildirib ki, artıq 23 partiyanın 585 səlahiyyətli nümayəndəsi artıq MSK-da qeydiyyatdan keçib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.