Azadsöz.az xəbər verir ki, 17 iyul 2024-cü il tarixdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayevin iştirakı ilə İctimai Şuranın üzvlərinin növbəti görüşü keçirilib.
Görüşdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı İctimai Şuranın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, dövlət qurumu yanında yaradılan İctimai Şuranın əsas məqsədi rayon icra hakimiyyətinə dəstək olmaq, yerlərdə olan müraciətləri araşdırmaq, problemin birgə həlli yolunu tapmaqdır.
Görüş zamanı rayon ictimaiyyətini narahat edən məsələlər, o cümlədən Göyçay rayon Mərkəzi Xəstəxanasına təcili yardım halları zamanı avtonəqliyyat vasitələrinin giriş-çıxışda sıxlığın yaranması, şəhər ərazisində təmizliyin təmin edilməsində xüsusi təyinatlı nəqliyyat vasitələrinin çatışmazlığı, yaşıllıqların suvarılmasında yaranmış çətinliklər barədə müzakirələr aparıldı və problemlərin həll edilməsi üçün araşdırılma aparılıb təkliflər verilməsi qərara alınıb.
Həmçinin iclasda İctimai Şura tərəfindən görüləcək işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
İclasın sonunda Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvlərinə yeni üzvlük vəsiqələri təqdim edilib.