20 Sentyabr 2024 06:39

Mətbuat prospektində hərəkət məhdudlaşdırılacaq

Azadsöz.az xəbər verir ki, sabah saat 06:00-dan 14 iyul saat 22:00-dək Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində (Mikayıl Müşfiq küçəsindən Ayna Sultanova küçəsinədək, Mikayıl Müşfiq dairəsi də daxil olmaqla) aparılan təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, agentlik sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələrini xahiş edir.

kacakbahissitesi.net guvenilirkacakbahis.com">guvenilirkacakbahis.com