22 Noyabr 2024 19:19

Kəmaləddin Heydərov rəis müavinini işdən çıxardı

Azadsöz.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin Xilasetmə və sualtı texniki işlər üzrə rəis müavini Eldar Fərhadoviç Quliyev sözügedən vəzifəsindən azad olunub.

“Qaynarinfo”nun məlumatına görə, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, bu ilin may ayında Xəzər Hövzə Qəza Xilasetmə Xidmətinin rəisi Fuad Ramiz oğlu Bağırov vəzifəsindən azad edilmiş, yerinə Əkrəm Xanlar oğlu Qəhrəmanov təyin edilmişdi.

Ankara escort İstanbul Travesti Shemale İstanbul