Azadsöz.az xəbər verir ki, Macarıstan Baş naziri Viktor Orban iyulun 5-6-da Şuşa şəhərində keçiriləcək Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitində iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Bu barədə baş nazirin sözçüsü Zoltan Kovaks “X” hesabında yazıb.
O bildirib ki, sammitdə əsas diqqət nəqliyyat, əlaqə və iqlim siyasəti vasitəsilə davamlı gələcəyin qurulmasına yönəldiləcək.
“Baş nazir Orban türk tərəfdaş dövlətlərin liderləri ilə də ikitərəfli danışıqlar aparacaq”.