Azadsöz.az xəbər verir ki, Prezident İlham Əliyev iyulun 12-də Pakistana iki günlük səfər edəcək.
Məlumata görə, səfər çərçivəsində İlham Əliyev Pakistan Prezidenti Asif Əli Zərdari, Baş nazir Şahbaz Şərif və ordunun Baş Qərargah rəisi Asim Munirlə görüşəcək.
Xarici işlər nazirləri Ceyhun Bayramov və İshaq Dar arasında da ikitərəfli əməkdaşlıq məsələləri üzrə danışıqlar planlaşdırılır. (Axar.az)