Azadsöz.az xəbər verir ki, hadisə günorta saatlarında rayonun Çobankol kəndində baş verib.
Belə ki, Zaqatala Suvarma Sistemləri İdarəsinin əməkdaşı, 1972-ci il təvəllüdlü Zaqatala rayon sakini Hacıməhəmməd Rəhmətullah oğlu Qaracayev artezian quyusunda təmir işləri aparan zaman bilinməyən səbəbdən ölüb.
H.Qaracayevin qəfil ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda araşdırma aparılır.
,