Azadsöz.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Qusar Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Sahir Polad oğlu Məmmədxanov iyulun 8-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.
Təqdimatda Zeynal Nağdəliyev çıxış edərək dövlətimizin başçısının tapşırıq və tövsiyələrini çatdırıb.
S.Məmmədxanov ona göstərilən etimada görə minnətdarlıq edib.