Azadsöz.az xəbər verir ki, “Səbail” heyətinə daha bir futbolçu qatıb.
Bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
Paytaxt təmsilçisi Dmitri Litvinlə müqavilə imzalayıb. Kiyev “Dinamo”sunun yetirməsinin son klubu Portuqaliya təmsilçisi “Lusitaniya” olub.
28 yaşlı müdafiəçi karyerası ərzində Ukraynada “Metallist”, “Zarya”, “Olimpik”, Portuqaliyada “Aveş”, “Fefe”, “Real” (Keluş), Rusiyada “Akron”, “OİK Xabarovsk”, Farer adalarında “Klaksvik”in formasını geyinib.
Qeyd edək ki, Litvin Ukraynanın U-21 millisinin də şərəfini qoruyub.