Azadsöz.az xəbər verir ki, Göyçay şəhər N.Gəncəvi adına 7 nömrəli tam orta məktəbin direktoru Sərvət Ağayev və pedaqoji kollektiv Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər ediblər.
Səfər çərçivəsində Şuşanın zəngin tarixi, mədəni irsi, şəhərdə aparılan quruculuq və bərpa işləri ilə tanışlıq olub. Məktəbin üzvləri Cıdır düzünə gedib, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini, Üzeyir Hacıbəyli və Xurşidbanu Natəvanın güllələnmiş büstlərini ziyarət ediblər.
Səfər müddətində qəhrəman igidlərimizin keçdiyi şərəfli yolundan, onların şücaətlərindən danışıblar.
Şəhidlərimizin müqəddəs amal uğrunda canlarından keçdiyini və daim onların hünərinin Azərbaycan xalqının yaddaşında yaşayacağı vurğulanıb.
Səfər çərçivəsində məktəbin direktoru başda olmaqla pedaqoji kollektiv Cıdır düzündə rəqs ediblər.
Səbuhi Eltonlu
Şamil İsgəndərov