29 Sentyabr 2024 03:02

Maskalı şəxslər mülkə basqın edib ev sahibinə xəsarət yetiriblər

Azadsöz.az  xəbər  verir  ki, iyunun 23-ü gecə saatlarında Buzovna qəsəbəsində bir evin həyətinə girən 2 maskalı şəxs ev sahibinə kəsici alətlə xəsarət yetirərək onun mobil telefonunu oğurlayıblar.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Qeyd edilib ki, daxil olan məlumatla əlaqədar Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 1988-ci il təvəllüdlü Ruslan Hüseynli və 1984-cü il təvəllüdlü Cahid Əkbərov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

grandpashabet alefbahis istanbultrv