23 Noyabr 2024 16:32

Torpaqların bir kateqoriyadan digərinə keçirilməsi qaydaları təsdiqlənib

Azadsöz.az xəbər verir ki, “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları” təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti torpaqların kateqoriyalara aid edilməsi, onların bir kateqoriyadan digərinə keçirilməsi və kateqoriya daxilində məqsədli təyinatının dəyişdirilməsi ilə bağlı müraciətlərə baxılmanın elektronlaşdırılmasını təmin etmək məqsədilə üç ay müddətində zəruri tədbirlər görməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

Fərmanın 1-ci hissəsi gələn il yanvarın 1-dən qüvvəyə minir.

Ankara escort İstanbul Travesti Shemale İstanbul