22 Noyabr 2024 05:00

Bakıda mebel və taxta materialları sexindəki yanğın tam söndürüldü

Azadsöz.az xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən mebel və taxta materialları sexindəki yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən tam söndürülüb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğından mühafizə bölmələrinin peşəkar fəaliyyəti sayəsində yanğının genişlənərək ətrafdakı tikililərə, o cümlədən yaxınlıqdakı yaşayış evlərinə keçməsinə imkan verilməyib.

Azadsöz.az xəbər verir ki, Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində obyektdə baş verən yanğının söndürülməsi istiqamətində işlər aparılır.

Bu barədə jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Taleh Babayev deyib.

O bildirib ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə saat 15:26-da məlumat daxil olub:

“FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin əməkdaşları hadisə yerinə göndəriliblər. Ətraf ərazilərə, yaşayış yerlərinə, eləcə də bitişik digər sexlərə yanğının yayılmasının qarşısı alınıb. Yanğın məhdudlaşdırılıb, hazırda söndürülməsi istiqamətində işlər aparılır. Ərazi təxmini 5 min kvadratmetr olsa da, tüstülənmə olduğu üçün yanğın baş verən ərazini müəyyən etmək mümkün deyil”.

İstanbul trv istanbul travestileri